Modern.az

Əfsanəvi Raykard məşqçilik karyerasını da bitirdi

Əfsanəvi Raykard məşqçilik karyerasını da bitirdi

19 Mart 2014, 10:20

İspaniyanın “Barselona” klubunun keçmiş baş məşqçisi, Hollandiya yığmasının əfsanəvi futbolçusu Frank Raykard məşqçilik karyerasının da başa çatdığını elan edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda o, özü açıqlama verib: “Mən 60 yaşıma qədər işləməyə hazırlaşmıram. Nail olduqlarıma görə razıyam. Artıq vaxtımı başqa işlərə sərf edəcəyəm. Futbolu izləyəcək və müzakirə edəcəyəm, ancaq bundan sonra məşqçilik etmək istəmirəm”.

  51 yaşlı Raykardın son iş yeri Səudiyyə Ərəbistanının yığma komandası olub. O, bu ölkə millisinə 2011-2013-cü illərdə rəhbərlik edib. O, məşqçilik karyerası ərzində Hollandiya millisini, Rotterdamım “Sparta” və Türkiyənin “Qalatasaray” komandalarını çalışdırıb. 2006-cı ildə “Barselona” Raykardın rəhbərliyi ilə Çempionlar Liqasının qalibi olub.  


Modern.az
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır