ABŞ Prezidenti Donald Tramp İsrail parlamentində çıxış edəcək.
Modern.az xəbər verir ki, Knessetdə bəzi deputatlar üzərində “Trump the Peace President” (Tramp – Sülh Prezidenti) sözləri yazılmış qırmızı papaqlarla iclasa qatılıblar.
Papaqlar ABŞ prezidentinin məşhur seçki kampaniyası üslubunda hazırlanıb və Donald Trampın Qəzzada atəşkəs və sülh planına dəstək jesti kimi qiymətləndirilir.