Modern.az

Qəzzada münaqişə bitdi! – Tramp

Qəzzada münaqişə bitdi! – Tramp

Dünya

13 Oktyabr 2025, 13:03

“Qəzza zolağında münaqişə başa çatıb”, - Modern.az xəbər verir ki, “Reuters”in məlumatına görə, bunu ABŞ prezidenti Donald Trampın İsrail Knessetində çıxışı zamanı deyib.

ABŞ prezidenti bildirib ki, Fələstinin HƏMAS hərəkatı sülh planında nəzərdə tutulan tərksilah bəndini həyata keçirəcək.

"HƏMAS tərksilah planını həyata keçirməyə razılaşıb", - Amerika lideri bəyan edib.

ABŞ prezidenti Donald Tramp bazar ertəsi Knessetə gəlib qonaqlar kitabını imzalayaraq, günü "böyük" və "yeni başlanğıc" adlandırıb.

"Bu, böyük və gözəl gündür. Yeni başlanğıcdır", - Amerika lideri yazıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!