Azərbaycanda yeni xəbər saytı yaradılıb.
Modern.az-ın məlumatına görə, "xpress.az" saytı bu gündən fəaliyyətə başlayıb.
Xəbər saytının təsisçisi və Baş redaktoru Xəyalə Rəisdir.
O bildirib ki, xəbər saytı Medianın İnkişafı Agentliyinin Media Reyestrindən qeydiyyatdan keçib.
"Bu həm məsuliyyət, həm də etimad deməkdir. Qarşıda bizi çox iş, çox plan və çox hədəf gözləyir. Biz yalnız gündəlik xəbərlərlə kifayətlənmək istəmirik. Reportajlar, analitik yazılar, videomüsahibələr, araşdırma materialları və beynəlxalq mövzular üzərində də geniş işləmək niyyətindəyik", - Xəyalə Rəis qeyd edib.