Modern.az

Krım separatçılarının qaranlıq keçmişi - FOTO

Krım separatçılarının qaranlıq keçmişi - FOTO

19 Mart 2014, 15:17

Ukraynalı jurnalistlər Krım separatçıları – Sergey Aksyonov və Vladimir Konstantinovun keçmişləri ilə bağlı araşdırma aparıb. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, Vladimir Konstantinovun 58 yaşı var. Siyasətə biznesdən gəlib. Özü özünü “iş icraçısı” adlandırır. Ukraynanın əməkdar inşaatçısıdır. 17 yaşından tikintidə işləməyə başlayıb, 35 yaşında adi təmir idarəsini “Konsol” tikinti imperiyasına çevirib. Uzun müddət Krımdakı tikinti obyektlərinin dövlət sifarişi ona nəsib olub. Onun imperiyasının Ukraynada baş çatdırmadığı tikintilərin onlarladır. Əvvəlcədən “Konsol”a mənzil üçün ödənilən pullar batıb, banklara, hüquqi şəxslərə və payçılara borcu milyardlarla qrivnlə ölçülür.

Cinayət məsuliyyətindən yayınmaq üçün Konstantinov Yanukoviçin və Regionlar Partiyasının seçki kampaniyalarına sponsorluq edib. Amma bunun əvəzində spiker postuna “layiq” görülməyib. Bir il əvvəl məhkəmə “Konsol”un müflisləşməsi proseduruna baxıb. Firmanın bütün mülkiyyəti girovdadır. Bununla belə, Konstantinov özü həmişə Ukraynanın varlılarının siyahısındadır. Ötən il “Fokus” onun varidatını 118 milyon dollar dəyərləndirib. 

Krım parlamentinin spikeri Ukraynanın 200 ən varlı adamı siyahısında 104-cü sıradadır.

Sergey Aksyonovun 41 yaşı var. “Rusiya birliyi” Partiyasının lideridir. Siyasətə bir neçə il əvvəl gəlib. Onun “Krımın rus icması”na gəlişi ayrı-ayrı rəhbərlərin narazılığına səbəb olub. Mixail Baxarev bəyan edib ki, Aksyonov “Seylem” mütəşəkkil  cinayətkar qruplaşmasının briqadiri olub. Kriminal aləmdə Qoblin ləqəbi ilə tanınır, bandit araşdırmalarında odlu silah gəzdirib. İndi onun daşınmaz əmlak firmasının aktivində tərəvəz emalı və metal konstruksiyalar hazırlayan müəssisələr var. Onun milyonlarla borcu olduğu da bildirilir. Krımın keçmiş sənaye siyasəti naziri məhkəmədə Aksyonovdan 5 milyon dollar təzminat tələb edir.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi