Modern.az

NATO müdafiə nazirləri toplanır - Masada nələr var?

NATO müdafiə nazirləri toplanır - Masada nələr var?

Dünya

15 Oktyabr 2025, 09:29

Bu gün Brüsseldə Avropa İttifaqı və NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək.

Modern.az xarici mediaya istinadla xəbər verir ki, toplantının əsas müzakirə mövzusu Ukraynaya silah tədarükü məsələsi olacaq.

NATO-nun Baş katibi Mark Rutte oktyabrın 13-də Lyublyanada keçirilən təşkilatın Parlament Assambleyasında çıxışı zamanı bildirib ki, Brüsseldə keçiriləcək iclasda Avropada silah istehsalının artırılması, xüsusilə pilotsuz uçuş aparatları, döyüş sursatları, uzaqmənzilli raketlər və hava hücumundan müdafiə sistemlərinin maliyyələşdirilməsi planları diqqət mərkəzində olacaq.

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitakerin daha əvvəl verdiyi məlumata görə, görüş zamanı Avropa ölkələrinin “ABŞ-ın Kiyev üçün əsas silah sifarişlərini” elan etməsi gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ramiz Mehdiyevin arxasınca kimlər VURULACAQ? - ŞOK ADLAR