Modern.az

Kobaxidze ATƏT sədri ilə görüşdən imtina etdi - SƏBƏB

Kobaxidze ATƏT sədri ilə görüşdən imtina etdi - SƏBƏB

Dünya

15 Oktyabr 2025, 10:38

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə planlaşdırılmış görüşü ləğv edib.

Modern.az xəbər verir ki, bunu Gürcüstan hökuməti bildirib.

"Qərar Elina Valtonenin qeyri-qanuni mitinqdə iştirakı və yalan bəyanatlar yayılması səbəbindən qəbul edilib", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün Elina Valtonen Tbilisidə Gürcüstan parlamenti qarşısında etirazçılarla görüşüb.

Sizə yeni x var
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!