Moskvada səfərdə olan Suriya prezidenti Əhməd əl-Şara Rusiya lideri Vladimir Putinlə görüşüb.
Modern.az xəbər verir ki, liderlər bir çox birgə layihələri müzakirə edib və rəsmi Moskva onları inkişaf etdirməyə hazır olduğunu bəyan edib.
"Rusiya hökumətinin baş nazirinin müavini cənab Aleksandr Novakın rəhbərlik etdiyi idarələrarası nümayəndə heyətimizi qəbul etdiyinizə görə sizə minnətdaram. İclasda bir çox maraqlı və faydalı təşəbbüslər müəyyən olundu və biz də öz tərəfimizdən onların həyata keçirilməsi üçün hər şeyi etməyə hazırıq", - Rusiya prezidenti bildirib.
***
Suriya Ərəb Respublikasının prezidenti Əhməd əl-Şara Moskvada səfərdədir.
Modern.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Onun rusiyalı həmkarı Vladimir Putinlə görüşü nəzərdə tutulub.
***
13:22
Rusiya prezidenti Vladimir Putin oktyabrın 15-də Kremldə Suriya Ərəb Respublikasının prezidenti Əhməd əl-Şara ilə görüşəcək.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Suriya lideri Rusiyaya işgüzar səfər edəcək.
“Tərəflər siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə Rusiya-Suriya münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini, eləcə də Yaxın Şərqdə baş verən son hadisələri müzakirə etməyi planlaşdırırlar”, - məlumatda deyilir.