Modern.az

Kəmaləddin Heydərov rəisi işdən çıxardı

Kəmaləddin Heydərov rəisi işdən çıxardı

Aktual

15 Oktyabr 2025, 19:22

Fövqəladə Hallar Nazirliyində idarə rəisi vəzifəsindən azad olunub.

 

Modern.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Rüfət Ağazadə FHN-nin Əsaslı Tikinti İdarəsinin rəisi vəzifəsindən azad edilib.

 

Qeyd edək ki, Rüfət Ağazadə 2006-cı ildən Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2022-ci ilin iyul ayında FHN-nin Əsaslı Tikinti İdarəsinin rəisi təyin olunmuşdu. İxtisasca memar olan sabiq rəis Azərbaycan Memarlar İttifaqının üzvüdür. (Mənbə: qaynarinfo)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!