Modern.az

“Facebook” qadağan olundu

“Facebook” qadağan olundu

Dünya

20 Mart 2014, 22:02

Səudiyyə Ərəbistanı hökuməti sosial şəbəkələrdə pornoqrafiya ilə mübarizəyə başlayıb.

Araşdırmalar zamanı məlum olub ki, “Facebook”un yerli istifadəçiləri sosial şəbəkədən pornoqrafik videoların yerləşdirilməsi, göndərilməsi kimi çirkin əməllərə görə istifadə edirlər.

“Biz xüsusi araşdırma qrupu ayırmışıq. Araşdırmalar zamanı məlum oldu ki, “Facebook” sosial şəbəkəsindən istifadə edənlərin çoxu seksual xarakterli materiallar paylaşır. Bundan başqa, “Facebook” vasitəsilə qadınlar fahişəliyə cəlb edilir. Bu səbəbdən biz ölkə ərazisində “Facebook” sosial şəbəkəsinin istifadəsini qadağan edirik”, - deyə ölkənin təhlükəsilik idarəsinin rəhbəri Abdullətif Ali-Şeyx bildirib.

Qeyd edək ki, krallıqda pornoqrafik materialların satılması və yayılması qadağandır. Səudiyyə Ərəbistanında bununla mübarizə aparıldığı üçün, orada bəzi sosial şəbəkələrdən istifadə qadağandır.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür