Modern.az

”Rusiya bircə gün qaz verilişini dayandırsa, Avropa çalxalanacaq” - ŞƏRH

”Rusiya bircə gün qaz verilişini dayandırsa, Avropa çalxalanacaq” - ŞƏRH

İqtisadiyyat

22 Mart 2014, 18:09

Ukraynadakı son hadisələr təbii ki, Avropaya da təsirsiz ötüşmür. Belə bir məqamda Qərb Krımı Ukraynadan ayırıb, özünə birləşdirən Rusiyanı müxtəlif sanksiyalar tətbiq etməklə hədələyir. Amma Avropanı mavi yanacaqla təmin edən Rusiya bircə gün belə, qaz verilişini dayandırsa, Avropa çıxılmaz vəziyyətdə qalacaq.
Məsələni Modern.az-a şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bilidirib ki, Avropanın Rusiya qazına ümumi tələbatı 70% təşkil edir. Onun sözlərinə görə, Avropanın Rusiyadan aldığı mavi yanacağın 66%-i Ukraya üzərindən ötürülür.

Ekspertin dediyinə görə, ötən ilin hesablamalarında Avropanın qaza olan tələbatı 462 milyard kubmetr olub.

“Təbii ki, bura Avropa Birliyinə daxil olan 28 ölkə də aid edilib. Ancaq coğrafi baxımdan Avropaya daxil olan ölkələr təqribən 540 milyard kubmetr qaz istehlak edir. 2014-cü ildə Avropa 150 milyard kubmetr qaz almaq iqtidarındadır ki, bu tələbatı Rusiyadan başqa ödəyəcək mənbə yoxdur”.

TANAP və TAP kimi cənub qaz dəhlizlərinin hələ ki Avropanı qazla təmin etmək iqtidarında olmadığını deyən İlham Şabanın sözlərinə görə, bu layihələr 2019-cu ildə işə düşməlidir. Ekspert hesab edir ki, bu dəhlizlərin qaz ötürmək gücünün artması üçün müəyyən vaxt lazımdır.

“Təbii ki, bu həcmdə qazın ötürülməsi 2020-ci ildən tez olmayacaq. TAP-ın həmin vaxt Avropaya ötürücü gücü 10 milyard kubmetr olacaq. Yəni hazırda Rusiyanın Avropaya göndərdiyi qazın 1/5-i. Təbii ki, Avropada elə ölkələr var ki, onlar yalnız Rusiya qazından asılıdır. Onların digər alternativləri yoxdur”.


Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!