Modern.az

Şimali Koreya 1 gündə 30 raket atdı

Şimali Koreya 1 gündə 30 raket  atdı

22 Mart 2014, 23:28

Modern.az saytı xəbər verir ki,  ABŞ və Cənubi Koreyanın bərabər təşkil etdiyi hərbi təlimlərə cavab olaraq Şimali Koreya dövlətinin prezidenti Kim Jong Un bir gündə 30 raketi sınaqdan keçirib.

Şimali Koreya xəbər agentliyi “Yonhap”, Şimali Koreyanın şərqindəki yarımadada 60 raketin sınaqdan keçirildiyini bildirib.

Cənubi Koreya Müdafiə Naziriliyinin açıqlamasına görə, Şimali Koreyanın raket sınaqları bu gün yerli saatla 04:00-da başladığı qeyd olunur. Açıqlamada Şimali Koreyanın 60 km mənzilə sahib 30 raket atdığı ifadə edildi.

Şimali Koreya keçən həftə sonundan etibarən raket sınaqları həyata keçirir. Ötən bazar günü Cənubi Koreya sərhəddinə yaxın bölgədə açıq dənizə 25 ədəd qısa mənzilli raket atmışdı.

Şimali Koreya, ABŞ və Cənubi Koreyanın hər il keçirdiyi hərbi təlimlərin ona qarşı təşkil olduğunu iddia etsə də, Cənubi Koreya bu iddiaları rədd etməkdədir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir