Modern.az

Qarabağda İLK - xüsusi dronlar minalanmış ərazilərin radiasiya təhlükəsizliyini yoxlayır

Qarabağda İLK - xüsusi dronlar minalanmış ərazilərin radiasiya təhlükəsizliyini yoxlayır

Aktual

20 Oktyabr 2025, 17:49

“2025-ci ilin sonundan etibarən işğaldan azad olunmuş ərazilərdə minalardan təmizlənməmiş sahələrdə xüsusi dronlar vasitəsilə radiasiya təhlükəsizliyi yoxlanılır. Bu fəaliyyət Azərbaycanda ilk dəfə həyata keçirilir”.

Modern.az xəbər verir ki, bunu TV1-ə Nüvə Tədqiqatları Departamentinin rəhbəri Cəlal Nağıyev deyib.

O bildirib ki, bu fəaliyyət Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyinin layihəsi çərçivəsində həyata keçirilir.

Dron texnologiyası ilə radiaktiv çirklənməyə məruz qalan ərazilər yoxlanılır.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayından 400 şəxs mina terrorunun qurbanı olub, onlardan 70 nəfər həlak olub, 330 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı