Modern.az

Bakıda qəzalı vəziyyətdə olan məktəblə bağlı AÇIQLAMA

Bakıda qəzalı vəziyyətdə olan məktəblə bağlı AÇIQLAMA

Aktual

20 Oktyabr 2025, 17:55

Yeni Günəşlidə yerləşən 275 nömrəli tam orta məktəbdə ayaqyolunun tavan hissəsinin qəzalı vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb.

Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, qeyd edilən məsələ ilə bağlı məktəbə baxış keçirilməsi, müvafiq təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.

"Təhsil müəssisələrində təmirə ehtiyac olan məsələlər diqqət mərkəzində saxlanılır. Qeyd edək ki, məktəb infrastrukturunun yenilənməsi və məktəb şəbəkəsinin genişləndirilməsi baxımından davamlı tədbirlər, sosial inkişafa xidmət edən proqramlar həyata keçirilməkdədir. Bu tədbirlər təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, təhsildə keyfiyyətin yüksəldilməsinə xidmət edir", - məlumatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV