Modern.az

Berlində güclü partlayış - Ölü və yaralıları var

Berlində güclü partlayış - Ölü və yaralıları var

20 Oktyabr 2025, 23:39

Berlinin Noyköln rayonunda baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub, azı səkkiz nəfər xəsarət alıb.

 

Modern.az yerli mediaya istinadla xəbər verir ki, partlayışın birmərtəbəli evdə qaz sızması nəticəsində baş verdiyi, ölən şəxsin qadın olduğu bildirilir. Xəsarət alanların dördü uşaqdır.

 

Partlayış nəticəsində evə ciddi ziyan dəyib.

 

Hadisə yerinə Berlin Yanğınsöndürmə Xidmətinin 100-dək əməkdaşı cəlb olunub və təhlükəsizlik tədbirləri görülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!