Modern.az

Yeni rəis Bakı metrosunda daha bir dəyişikliyə qərar verdi

Yeni rəis Bakı metrosunda daha bir dəyişikliyə qərar verdi

İqtisadiyyat

24 Mart 2014, 13:08


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov metroda növbəti dəyişiklik barədə göstəriş verib. "Bakı Metropoliteni”QSC-dən Modern.az saytına daxil olan məlumata görə, Zaur Hüseynov tabeliyindəki işçilərə metro vaqonlarındakı reklam və elanların tezliklə yığışdırılmasını tapşırıb. Göstərişə əsasən vaqonlardakı səsli reklam monitorları, reklam, élan və afişaların vurulduğu bütün şitlər qısa müddətdə ləğv olunacaq. Bir sözlə, tezliklə vaqonlarda heç bir reklama rast gəlinməməlidir.

Zaur Hüseynovun bu qərarının metro stansiyalarında yerləşdirilmiş reklamlara da aid edilib-edilməyəcəyinin hələ məlum olmadığı bildirilib.

Xatırladaq ki, "Bakı Metropoliteni"nin yeni rəhbəri Zaur Hüseynov işə başlayandan sonra qısa müddət ərzində metroda ticarət yığışdırlıb.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır