Modern.az

Kontur kartlarının qiyməti niyə başalaşıb?

Kontur kartlarının qiyməti niyə başalaşıb?

İqtisadiyyat

24 Mart 2014, 22:37


Azərbaycandakı mobil operatorların danışıq kartlarının qiyməti artıb. Modern.az saytı xəbər verir ki, rayonlarda mobil operatorların hər üçünün kontur kartları 10-40 qəpik arasında bahalaşıb. Salyan və Qubada olan əməkdaşımızın verdiyi məlumata görə, 1 manatlıq danışıq kartlarında 10, 2 manatlıqlarda 20, 3 manatlıqlarda 30, 5 manatlıqlarda isə 40 qəpiyə kimi bahalaşma var. Rayon mərkəzlərində baş verən bahalaşmanı satıcılar dillerlərin qiymətləri artırması ilə əlaqələndirirlər. Mobil operatorlar isə satıcıların bu fikirləri ilə razılaşmır.

Azərcell-dən bildirdilər ki, mobil operatorlar danışıq qiymətlərində heç bir dəyişiklik etməyib.

“Azəecell-in dillerlərində də qiymətlər eynidir. Heç bir qiymət bahalaşması olmayıb. Ola bilər ki, pərakəndə satışla məşğul olanlar qiymətlərdə hər hansı bahalaşma ediblər.Belə halla rastlaşan müştərilər Azərcell-in dilerlərinə yaxınlaşıb danışıq kartlarını oradan əldə etsinlər”.

Bakcell-in mətbuat xidmətindən də bildirdilər ki, şirkət danışıq kartlarının qiymətində heç bir dəyişiklik etməyib.

“Yəni qiymətlərdə heç bir artım yoxdur. Bildirmək istəyirik ki, Azərbaycanda Bakcell-in danışıq kartlarını təklif edən 10 mindən artıq müstəqil satış nöqtələri mövcuddur. Bu satıcılar danışıq kartlarını bizim xüsusi distribyüter və ya vasitəçilərdən əldə edərək, son istifadəçilərə satırlar. Bu cür satıcıların Bakcell şirkətinə heç bir aidiyyəti yoxdur. Bakcell şirkətinin müstəqil surətdə fəaliyyət göstərən satıcıların qiymət siyasətinə təsir etmək ixtiyarı və hüququ yoxdur. Qiymətlərin aydın və anlaşıqlı olması üçün Bakcell şirkəti hər kartın dəyərini onun üzərində qeyd edir”.

NarMobile şirkətindən isə məsələyə heç bir münasibət öyrənə bilmədik.

Gültəkin ƏLƏSGƏR  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi