Modern.az

Azərbaycan Türkiyəyə 15 milyon dollar investisiya yatırıb

Azərbaycan Türkiyəyə 15 milyon dollar investisiya yatırıb

25 Mart 2014, 01:00

Azərbaycan Türkiyəyə birbaşa xarici investisiya yatıran Asiya ölkələri arasında üçüncü olub.

Türkiyə İqtisadiyyat Nazirliyinin açıqladığı məlumatda bildirilir ki, yanvar ayında Türkiyəyə ümumilikdə 1 mlrd. 211 mln dollar həcmində birbaşa xarici investisiya qoyulub. Bunun 87 mln. dolları Asiya ölkələrinin payına düşür.

Yanvar ayında Türkiyəyə 34 mln. dollar birbaşa xarici investisiya yatıran Honk-Konq birinci, 18 mln. dollarlıq investisiya yatıran Səudiyyə Ərəbistanı ikinci, 15 mln. dollar həcmində investisiya yatıran Azərbaycan isə üçüncü sırada yer alıb.

Ötən illə müqayisədə bu ilin hesabat dövründə bu göstərici 51% artaraq, 1 mlrd. 211 mln.-a yüksəlib.

 

Modern.az 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü