Modern.az

Bayıldan başlanan yol dünyanı gəzib yenə də bura qayıdacaqmış

Bayıldan başlanan yol dünyanı gəzib yenə də bura qayıdacaqmış

Təhsil

25 Mart 2014, 09:57

Yaxud, Xəzərin Bibiheybət buxtasını qurutmuş mühəndisin məzarını ziyarət

Dövlət başçısının sərəncamı ilə  tikilmiş binada  mənzil alan həmkarlarımın hamısının sevincini başa düşürəm. Mənim üçünsə həmin ərazidə ev almaq ikiqat sevinc idi. Çünki, ötən əsrin 70-ci illərinin əvvəllərində 26 Bakı Komissarı adına Neft və Qazçıxarma İdarəsində - yəni,  mədən fəhləsi kimi işə düzələndə əmək fəaliyyətimə məhz bu yerlərdə başlamışdım. 22-23 yaşlarımda dolaşdığım, əmək təcrübəsi, ali təhsil, müəllimlik stajı, iki otaqlı mənzil (iş yerimdən 30 kilometr uzaqlıqda olsa da), o zamanların tələbinə uyğun ikinci diplom qazandığım  Bibiheybətə 62 yaşımda yenidən qayıdırdım. Amma indi həmin İttifaq deyildim. İndi  başı daşdan-daşa dəymiş, SSRİ  kimi nəhəng bir dövlətin dağılmasının şahidi olmuş, gənc müstəqil Azərbaycanın həqiqətlərini 20 dəfədən də artıq müxtəlif xarici ölkələrdə səsləndirmiş qələm sahibi, fəxri adlı jurnalist kimi qayıdırdım. Bayıldan başlanan yol məni bumeranqa döndərib buraya qaytarırdı.

Qayıtdım və jurnalistlər  binasının ilk sakinlərindən biri olduğum günün sabahı – ötən il dekabrın 28-də gəncliyimin izlərini axtara - axtara yeni mənzilimizdən dənizə, oradan Bayıla, sonra 20-ci sahəyə qədər olan ərazini payi-piyadə, qarış-qarış gəzdim. Köhnə tanışlarımızdan 2 – 3 nəfərlə görüşdüm. Bibiheybət buxtasını qurudub azərbaycanlı mədənçilər üçün neft çıxarmaq imkanı yaratmış ( o zamanlar hələ dənizdə neft çıxarmaq texnologiyası yox idi) polyak mühəndisin məzarını ziyarət etdim. 70-ci illərdə həmin məzarı yüz dəfələrlə ziyarət etmişdim. Bu adam  vəsiyyət edibmiş ki, dünyasını dəyişəndə onu bilavasitə öz yaradıcılığının son  hüdudu olan yerdə - qurudulmuş ərazinin dənizlə qovuşan hissəsində dəfn etsinlər. Azərbaycan hökuməti həmin vəsiyyəti yerinə yetirib.

Haqqında söz açdığımız polyak mühəndis barədə qələmə aldıqlarımız həqiqətdən uzaq olmasın deyə ancaq onun vikipediyasındakı faktlara əsaslanırıq. Orada yazılır:

“Taninmiş mütəxəssis Pavel Pototski 1879-cu ildə Peterburq şəhərində zadəgan ailəsində anadan olmuşdur. Onun atası hərbçi general idi və Mixaylovski akademiyasmın professoru olaraq tanınırdı. O, oğlu Paveli də hərbi xidmətə-Pajes korpusuna göndərməyə üstünlük vermişdi. Lakin cavan Pavel mühəndis olmaq arzusunda idi. O, Pajes korpusundan Yollar və Rabitə İnstitutuna keçir və yüksək təhsil alır. Pavel Pototski 1901-ci ildə bu institutu bitirdikdən sonra Hollandiyaya gedərək yer qazma işlərinin incəliklərini öyrənir.

Hollandiyadan qayıtdıqdan sonra Pototski Xersonda Dnepr çayının mənsəbindəki kanalın tikintisində işləməyə başlayır.1910-cu ildə Bakı neft sənayeçiləri torpaq qazma işlərində savadlı və bacarıqlı mühəndis olan Pavel Pototskini Bibiheybət buxtasının doldurulması işlərinə rəhbərlik etməyə dəvət edirlər. O vaxta qədər isə dünyanın heç bir yerində sulu ərazinin torpaqla doldurulması işləri aparılmamışdı. Qeyd edək ki, hələ 1890-cı illərdə Azərbaycanın neft sənayeçiləri çar hökumətindən xahiş edirdilər ki, onlara Bibiheybət körfəzinin su ərazisinin istismarma icazə versin.

Məhz bu səbəblərdən körfəzin torpaqla doldurulması işində Pavel Pototskinin xidmətlərinin böyük əhəmiyyəti olmuşdur. Ancaq Bakıya gələn Pototoski burada 41 yaşında ikən gözlərinin nurunu itirir. Çox təəssüf ki, o, belə bir acı tale ilə barışmalı olur.

Bibiheybət körfəzində işlərin davam etdirilməsi haqqında sərəncam verildikdən sonra Azneftin rəhbəri Serebrovski Pavel  Pototskiyə buxtanm doldurulma işlərinə rəhbərliyi öz üzərinə götürməyi təklif edir. Bu iş uğurla davam etdirilir və 1923-cü il aprel ayının 18-də İliç körfəzində (3-cü layda) 82,5 metr dərinliyində quyu işə salınır.  Yeni ərazidən -  torpaqla örtülmüş sahədən vuran ilk neft fontanı bütün dünyanı heyrətə gətirir, beynəlxalq neft konfranslarında böyiik marağa səbəb olur.

Bibiheybət körfəzinin, həmçinin "çala"nın doldurulmasının  ilk mərhələsi uğurla başa çatandan sonra P.Pototski ikinci bir layihə tərtib etdi. Bu layihədə daha 79 hektar ərazinin torpaqla doldurulması nəzərdə tutulmuşdu. İkinci layihə onun müəllifmin ölümünə az müddət qalmış yerinə yetirilir. 1930-cu ilin əvvəlində isə Pavel Pototskinin layihəsi üzrə dənizin torpaqla örtülən ərazisi 100 hektara çatdırılır. Ümumilikdə isə Bibiheybət körfəzinin tam örtülmüş sahəsi 1910-cu ildən başlayaraq 300 hektara çatdırıldı. Föyqəladə istedada, yüksək biliyə və təcrübəyə malik olan Pavel Pototski 20 ildən artıq fəaliyyəti dövründə heyrətamiz tikinti işlərınə rəhbərlik etmiş, nəhəng layihələrin müəllifi olmuşdur.


İstedadlı mühəndis P.Pototski qarşıya qoyulmuş beşillik (Sovet quruculuğu dövründə idarə və müəssisələr qarşısında öhdəliyi yerinə yetirmək məqsədilə Moskva tərəfindən 5 illik plan müəyyənləşdirilirdi) plana vaxtından iki il yarım əvvəl nail olduğu üçün Lenin ordeni ilə təltif edilmişdi.

Məşhur rus yazıçısı Maksim Qorki də Pavel Pototski şəxsiyyətinə pərəstişini gizlədə bilməmiş, Bakıda olarkən öz qeydlərində yazmışdı: "Eşitmişəm Pototski bir əfsanədir. Gözləri görmədiyi halda Bibıheybəti yaxşı tanıyır, torpaqla doldurulma işlərinin görülən və görüləcək yerini xəritədə düzgün göstərir".

Həqiqətən də P.Pototskinin yanında olan adamlara elə gəlirdi ki, onun ikinci görmə qabiliyyəti vardır. Bu mühəndis ömrünün son 20 ilini Bibiheybət körfəziııdə yeni neft yataqlarının axtanşına həsr etmişdir. Hətta ölümünə bir neçə gün qalnıış belə, o, körfəzin işlərinin başa çatdırılmasına rəhbərlik etmişdir. Pavel Nikolayeviç Pototski 1932-ci ildə vəfat edir və öz vəsiyyətinə görə Xəzərdən "zəbt olunmuş"- Bibiheybətin torpaqla dolduruimuş sahəsində, dəniz kənarında dəfn edilir.

Polşalı mühəndis Pavel Nikolayeviç Pototskinin Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətləri Bibiheybət yataqları ilə sıx bağiıdır.

Qeyd edək ki, əfsanəvi polşalı mühəndis P.Pototskiyə ilk abidə Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin göstərişi ilə qoyulmuşdur.

Bax belə. Mən yeni binada mənzil alandan dərhal sonra məhz həmin insanın məzarını ziyarət edib ruhuna rəhmət oxudum. Çünki onun elmi və əməli olmasaydı, mənim indi yaşadığım binanın yeri hələ də dəniz idi. Ruhu şad olsun. Yeri gəlmişkən, mən onun məzarını ziyarət edərkən  çəkilən şəkillərin müəllifi – evimizin sonbeşiyi olan Cavid Qaçayev də gənc mühəndisdir. O, Memarlıq və İnşaat Universiteti informasiya-kommunikasiya texnologiyaları mühəndisliyi fakültəsinin tələbəsidir. Bu tarixi ziyarətimiz elə Cavid üçün də bir növ dərs idi. Tarixi ünvanda çəkilmiş şəkilləri “Modern.az”ın hörmətli oxucularına da təqdim etmək istəyirik.


İttifaq MİRZƏBƏYLİ,
əməkdar jurnalist

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı