Modern.az

Azərbaycan idmançısı dünya çempionu oldu

Azərbaycan idmançısı dünya çempionu oldu

İdman

22 Oktyabr 2025, 23:15

Azərbaycan yunan-Roma güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında 1 qızıl, 1 bürünc medal qazanıblar.

 

Modern.az xəbər verir ki, təmsilçilərimizdən Elmir Əliyev (55 kq) finalda rusiyalı Alibek Amirova (UWW) 3:2 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.

 

Ruslan Nurullayev (72 kq) isə üçüncü yer uğrunda görüşdə ermənistanlı Qaspar Terteryanı 3:1 hesabı ilə üstələyərək bürünc medal əldə edib.

 

Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən Ziya Babaşov (63 kq) dünya çempionu olmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada