Modern.az

Maskalı şəxs ev sahibinə xəsarət yetirərək pulunu ələ keçirdi

Maskalı şəxs ev sahibinə xəsarət yetirərək pulunu ələ keçirdi

Aktual

23 Oktyabr 2025, 11:17

Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən evlərdən birinə maskalanmış formada daxil olan naməlum şəxs ev sahibinə küt alətlə xəsarət yetirərək pul vəsaitini ələ keçirib.

DİN-in Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, axil olan naməlum şəxs ev sahibinə küt alətlə xəsarət yetirərək pul vəsaitini ələ keçirib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən qeyri-aşkar şəraitdə törədilən cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, 44 yaşlı Akif Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı