Modern.az

Büdcədən televiziyalara ayrılan pulun məbləği AZALIR

Büdcədən televiziyalara ayrılan pulun məbləği AZALIR

23 Oktyabr 2025, 16:20

Gələn ilin dövlət büdcəsindən media vasitələrinə, o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinə ayrılan vəsaitin həcmi məlum olub.

Modern.az xəbər verir ki, dövlət büdcəsində bu fəaliyyətin təmin olunması məqsədilə 64,8 milyon manat vəsait nəzərdə tutulub.

Qeyd edək ki, bu, 2025-ci ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 0,5% azdır. 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən bu məqsədlə ümumilikdə 65,1 milyon manat vəsait ayrılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!