Modern.az

Hövsanda işıq olmayacaq

Hövsanda işıq olmayacaq

Aktual

24 Oktyabr 2025, 09:28

Bu gün Bakının Suraxanı rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Modern.az bu barədə "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində oktyabrın 24-də təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 16:00-dək Hövsan qəsəbəsi Elman Qasımov, Elçin Məmmədov, Oqtay Şabanov, Cəbrayıl Xanməmmədov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Başqırdıstan vuruldu - Dəhşətli partlayışlar, şəhərlər alov içində