Modern.az

Tağı Əhmədovun “28 may”la bağlı vədi gerçəkləşmədi

Tağı Əhmədovun “28 may”la bağlı vədi gerçəkləşmədi

27 Mart 2014, 11:27


Bakı Metropoliteni Tağı Əhmədovun rəhbərliyi dövründə “28 may” stansiyasında təmir işlərinin Novruz bayramınadək yekunlaşacağını vəd etmişdi.

Moden.az saytına daxil olan məlumata görə, açılışın yubanması təmir işlərinin tamamlanmaması ilə bağlıdır. Hazırda sərnişinlər stansiyanın yalnız əsas çıxışından istifadə edə bilirlər, giriş isə hələ də bağlıdır.

“Bakı Metropoliteni” QSC mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva Modern.az-ın sualını cavablandırmaqdan imtina edib: “Mən bununla bağlı heç nə deyə bilmərəm”.

Qeyd edək ki, stansiya tamamilə yenilənir, yeni texniki korpus tikilir. Yeni korpus metropolitendə hərəkətin idarə olunmasını, təşkilini və tənzimlənməsini, sərnişinlərin təhlükəsizliyini təmin edəcək.

Rafiq Qənbərov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu