Modern.az

Ronaldo 950 qol vuran ilk futbolçu oldu

Ronaldo 950 qol vuran ilk futbolçu oldu

İdman

26 Oktyabr 2025, 09:02

Səudiyyə Ərəbistanının "Əl-Nassr" klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldo karyerasında 950 qol vuran ilk futbolçu olub.

 

Modern.az xəbər verir ki, Ronaldo Səudiyyə Ərəbistanı Premyer Liqasının altıncı turunun “Əl-Həzm”lə səfər matçında qol vurub. Onun qolu hesabı 2-0 "Əl-Nassr"ın xeyrinə edib.

 

Ronaldonun ən yaxın rəqibi Lionel Messidir. “İnter Mayami”də çıxış edən argentinalı hücumçu 891 qola imza atıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada