Modern.az

Bu xəbər tamamilə yalandır! - ZELENSKİ

Bu xəbər tamamilə yalandır! - ZELENSKİ

Dünya

27 Oktyabr 2025, 08:14

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kupyansk və Pokrovsk istiqamətində guya Ukrayna qoşunlarını mühasirəyə alması barədə yayılan məlumatları təkzib edib.

Modern.az xəbər verir ki, dövlət başçısı bu barədə jurnalist Alla Mazurla telefon danışığı zamanı bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya generalları prezident Vladimir Putinə 5 minədək Ukrayna əsgərinin guya Pokrovsk və Kupyansk ətrafında mühasirəyə düşdüyü barədə hesabat veriblər, lakin bu, reallığa uyğun deyil.

“Bu tam yalandır. Və ilk dəfə deyil”, – deyə Zelenskiy vurğulayıb.

O qeyd edib ki, bu kimi məlumatların məqsədi panika yaratmaq və xüsusən ABŞ ictimaiyyətinə “Rusiya cəbhədə irəliləyir” təsəvvürü formalaşdırmaqdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı