Modern.az

Azərbaycanlı deputat: “Gürcüstan dövləti ermənilərin ərazi təxribatlarına imkan verməyəcək”

Azərbaycanlı deputat: “Gürcüstan dövləti ermənilərin ərazi təxribatlarına imkan verməyəcək”

27 Mart 2014, 15:55

“Ermənistanda və dünyada yaşayan ermənilər onsuz da Rusiya pasportu almaq istəyirlər. Təbii ki, ermənilərin fikrindən bütün Gürcüstanı işğal etmək keçir”.
Bu sözləri Modern.az saytına Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov Cavaxetiya bölgəsinin Rusiyaya birləşməsi məsələsi ilə bağlı deyilənləri şərh edərkən bildirib. Onun sözlərinə görə, Gürcüstan dövləti burada yaşayan ermənilərin ərazi təxribatlarının reallaşmasına imkan verməyəcək. Deputat qeyd edib ki, Gürcüstan Abxaziya və Osetiyadan sonra Samsxe-Cavaxetiya bölgəsini heç cür itirmək istəməz: “Rusiya bu regionu da işğal etsə, Gürcüstanın suverenliyi təhlükə altına düşəcək. Ona görə də ermənilər Rusiyaya birləşməyi yalnız xəyal edə bilərlər”.

A. Süleymanov onu da əlavə edib ki, Ermənistandakı bəzi siyasi dairələr də Cavaxetiya ermənilərini təxribata cəlb etmək üçün müxtəlif üsullardan istifadə edirlər:
“Onlar Cavaxetiyanın Ermənistana birləşdirilməsini də gündəmə gətirmək niyyətindədirlər. Ancaq Gürcüstan buna yol verməyəcək”.   Qeyd edək ki, Krımı Rusiyaya ilhaqından sonra Gürcüstanın  Samsxe-Cavaxetiya bölgəsində yaşayan ermənilərə Rusiya pasportları paylanıldığı iddia olunur. Ekspertlər hesab edir ki, Rusiya sözügedən regionu da öz ərazisinə qatmaq üçün müəyyən addımlar atır.  

 Aqşin Kərimov  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?