Modern.az

Putin “MasterCard”dan imtina etmək istəyir

Putin “MasterCard”dan imtina etmək istəyir

27 Mart 2014, 16:50


Rusiya prezidenti Vladimir Putin Qərbin sanksiyalarına davam gətirmək üçün milli ödəmə sistemi yaratmağın vacibliyindən danışıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, V. Putin Yaponiya və Çinin belə təcrübələrdən istifadə etdiyini diqqətə çatdırıb. “Yaponiya və Çinin analoji sistemlərindən niyə də yararlanmayaq? Həmin sistemlər müvəffəqiyyətlə işləyir. Biz də mütləq bunu edəcəyik”-deyə Kreml rəhbəri vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Krımı işğal etməsindən sonra Qərb dairələri rəsmi Moskvaya sanksiyalar tətbiq edib. Bundan sonra “Rusiya” bankının müştəriləri  “MasterCard” la əməliyyat həyata keçirə bilməyiblər. .   

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir