Modern.az

Anarın müşaviri AYB-dəki yeni təyinatlardan danışdı

Anarın müşaviri AYB-dəki yeni təyinatlardan danışdı

27 Mart 2014, 17:27

Bu gün Azərbaycan Yazıçılar Birliyinin katibliyinin iştirakı ilə sədr Anarın rəhbərliyi altında müşavirə keçirilib. Müşavirədə Ayaz Vəfalının “Ədəbiyyat qəzetində” baş redaktorluğuna xitam verilib və onun yerinə “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli təyin edilib. E. Hüseynbəylini isə müavini şair Qulu Ağsəs əvəz edib.

AYB sədrinin müşaviri Rauf Aslanov Modern.az-a açıqlamasında baş verən dəyişikliyin ədəbi qurumun daha da inkişafına səbəb olacağını bildirib:

“Ayaz Vəfalı öz səhhəti ilə əlaqədar istefa ərizəsi yazdı. “Ədədbiyyat qəzeti”nə onun yerinə yazıçı Elçin Hüseynbəyli təyin edildi. O, uzun müddət müxtəlif qəzetlərdə çalışıb. Qəzetçilik anlayışı çox yaxşıdır. Bu səbəbdən də “Ədəbiyyat qəzeti”nə məhz Elçin Hüseynbəyli məsləhət görüldü. Qulu Ağsəsə gəlincə isə Katiblikdə də belə qərara alındı ki, gənclər üçün olan “Ulduz” jurnalının baş redaktoru gənc olsa, daha yaxşı olar“.

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...