Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov mətbuata bildirib ki, Qəzzaya humanitar yük aparan "Azadlıq donanması"nın gəmilərindən həbs olunan iki Azərbaycan vətəndaşı hələ də İsraildə saxlanılırlar.
E.Poluxovun sözlərinə görə, onların şəxsiyyəti hələlik müəyyən olunmayıb, lakin vəziyyətləri normaldır. Azərbaycan tərəfi onların azad edilməsi üçün tədbirlər görür.