Modern.az

Ərdoğana mahnı qoşulub - “Dombıra” izləyici rekordı qırır - VİDEO

Ərdoğana mahnı qoşulub - “Dombıra” izləyici rekordı qırır - VİDEO

Mədəni̇yyət

27 Mart 2014, 23:01


Türkiyədə keçiriləcək 30 mart bələdiyyə seçkiləri öncəsi hakim AKP xalqın səsini qazanmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Belə vasitələrdən biri də Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana qoşulan mahnının dövriyyəyə buraxılmasıdır.

Modern.az-ın xəbərinə görə, söhbət xalq musiqisi sənətçisi və ozanı, milliyətcə Noqay türkü Arslanbek Sultanbekovun məşhur “Dombıra” mahnısından gedir. Bütün Türk dünyasına öz damğasını vurmuş bu mahnının sözləri Rəcəb Tayyib Ərdoğanın şərəfinə dəyişdirilərək, sosial şəbəkələrdə yerləşdirilməklə yanaşı, telekanallarda da səsləndirilməkdədir.

Yeri gəlmişkən, məşhur türküçü Uğur İşılakın ifa etdiyi mahnı YouTube-da sürətlə dinləyici sayını artırmaqdadır.

Qeyd edək ki, martın 25-də İstanbulda keçirilən 2 milyon nəfərlik mitinqdə Ərdoğan  mahnının bəstəkarı Arslanbek Sultanbekovu səhnəyə çıxarıb, onunla əl-ələ verərək xalqı salamlamışdılar.



A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!