Modern.az

Şimali Kiprin keçmiş prezidentinə qarşı terror aktı həyata keçirilib

Şimali Kiprin keçmiş prezidentinə qarşı terror aktı həyata keçirilib

Təhsil

27 Mart 2014, 23:26

Modern.az saytı xəbər verir ki, Kiprin Yunan hissəsində yerləşən Limasol şəhərinə bir konfrans üçün gələn Şimali Kiprin keçmiş prezidenti Mehmet Əli Tələtə qatı irqçi qrup tərəfindən hücum təşkil edilib.

Qatı sağçı Rum ELAM təşkilatı mənsubları Şimali Kiprin ikinci Prezidenti Mehmet Əli Tələtin Limasolda qatıldığı konfransa molotof və gözyaşardıcı qazla hücum təşkil ediblər. Mehmet Əli Tələtin bu hücumdan heç bir yara almadığı bildirilir.

Tələtin ELAM təşkilatına mənsub olduğu iddia edilən qrup tərəfindən hücuma məruz qaldığı iddia edilir. Yunan polisinin Tələtə qarşı həyata keçirilən hücum qarşısında hərəkətə keçdiyi və ortalığı sakitləşdirməyə çalışdığı bildirilir.

Yunan hökuməti hadisə ilə bağlı münasibət bildirərkən, Mehmet Əli Tələtə qarşı təşkil edilən hücumun terror aktı olduğunu ifadə edib.

Tələtlə birlikdə ABŞ səfirinin və Avropa birliyi təmsilçilərinin də qatıldığı tədbirdə açıqlama vermək niyyətilə salona daxil olmaq istəyib. Bu istəyə Yunan polisi tərəfindən icazə verilmədiyinə görə, qruplaşma üzvləri əllərindəki Yunan bayraqları ilə şüarlar səsləndirərək salona molotof və gözyaşardıcı qaz atmağa başlayıblar.  

Hücum nəticəsində Limasol Yunan Bələdiyyəsi Mədəniyyət Mərkəzinin şüşələrinin qırıldığı deyilir. Eyni zamanda, hadisələri lentə almaq istəyən Kiprli bir Türk müxbir də hücuma məruz qalıb.

ELAM təşkilatı hadisə ilə bağlı verdiyi açıqlamada, hücumu 'simvolik' olaraq xarakterizə edib.ELAM təşkilatı, "Demokratik yolla Mehmet Əli Tələt haqqında fikirlərimizi dilə gətirmək istəyirdik. Amma Mehmet Əli Tələtin silahlı adamları ilə üz-üzə gəldik. Azad bölgələrdə silahlı Türklərin gəzməsi qəbul edilə bilməz. "Şərhlərində tapıldı.

Hadisə ilə bağlı üç nəfər həbs edilib.

Böyük çaxnaşmaya səbəb olan hadisə ilə əlaqədar üç adamın Rum polisi tərəfindən həbs olunduğu bildirilir.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır