Modern.az

ABŞ-da ölənlərin sayı 24-ə çatıb

ABŞ-da ölənlərin sayı 24-ə çatıb

27 Mart 2014, 23:51

Modern.az saytı xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda, iki gün öncə meydana gələn və 30-dan çox evi yerlə yeksan edən torpaq sürüşməsində ölənlərin sayı 24-ə çatıb. 100-dən çox adamdan hələ də heç bir xəbər yoxdur.

Washington əyalətinə bağlı Seattle şəhərinin 90 kilometr şimalında, OSO qəsəbəsi ətrafında, şiddətli yağışlardan sonra baş verən hadisədə, axtarış işlərinin çətinliklə həyata keçirildiyi və ölənlərin sayının artacağının istisna edilmədiyi bildirilib.

Torpaq sürüşməsinin təxminən 1600 kvadrat metr ərazini əhatə etdiyini bildirən Snohomish Region Xilasetmə rəhbəri Travis Hots, "Şənbə günündən bu yana sağ bir insana belə rast gəlməmişik. Ətrafda olan 49 evdən ən az 25-də daimi yaşayan sakinlər var idi. O birilər evlərdən mövsümlük istifadə edirlər. İtkin düşənlərin sayı isə 100-dən çoxdur. "-deyib.

Rəsmilərin bildirdiyən görə, itkin düşənlərin içində tikinti işçiləri ilə birlikdə, şəxsi avtomobilləri ilə səyahət edənlər də var. İndiyədək qalınlığı 54 metrə çatan palçığın altından 16 cəsədin çıxarıldığı, 8-nin isə yerinin təyin olunduğu bildirilir. Rəsmilər itkin düşmüş 100 adamdan hamısının həyatlarını itirmədiklərini ümid etdiklərini vurğulayaraq, hadisə zamanı kimlərinsə həmin ərazidə olmaya biləcəyini də dilə gətiriblər.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı