Modern.az

Ukrayna Qazaxıstana nota verdi

Ukrayna Qazaxıstana nota verdi

28 Mart 2014, 01:32

Notada Qazaxıstan prezidenti Nursultan Nazarbayevin martın 25-də Haaqada keçirdiyi brifinqdə Ukrayna ilə bağlı söylədikləri fikirlərlə bağlı narahatlıq ifadə olunub.

Qazaxıstanın Ukraynadakı səfirliyin müşaviri Arqin Ospanov Ukrayna XİN-ə çağırılıb.

Notanı ona Ukrayna xarici işlər nazirin birinci müavini Natalya Qalibarenko təqdim edib.

Notada bildirilir ki, N. Nazarbayevin bəyanatı beynəlxalq hüquq və bir çox dövlətlərin mövqeyi ilə ziddir, iki ölkə arasında tərəfdaşlıq əlaqələrinə zərbə vurur və Ukrayna tərəfindən qəbul edilməzdir.

Qeyd edək ki, N. Nazarbayev Haaqada keçirilən brifinqdə bildirib ki, Ukraynanın əsas məqsədi seçkilərin keçirilməsi və vəziyyətin normallaşdırılması, qanuni prezidentin seçilməsi və legitim hökumətim formallaşdırılması olmalıdır.

O əlavə edib ki, bunun əsasında da sülh danışıqlarını keçirmək və vəziyyətdən çıxış yollarını axtarmaq lazımdır.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi