Modern.az

Hepatit C xəstələrinin tam sağalması mümkün olacaq

Hepatit C xəstələrinin tam sağalması mümkün olacaq

28 Mart 2014, 02:14

Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acıbadəm Universitetinin müəllimi və Acıbadəm Ankara Xəstəxanasının Gastroenteroloji mütəxəssisi Dos. Dr. Bülənt Değertekin Hepatit C-nin müalicəsində yeni imkanların əldə edildiyini xatırladaraq, "ABŞ-da keçən il təsdiq edilmiş və 6 ay əvvəl istifadəyə verilən iki dərman ilə birlikdə gələcək 5 ildə də istifadəyə veriləcək fərqli dərmanlar sayəsində Hepatit C-nin tamamilə ortadan qalxması gözlənilir" deyib.

Bülənt Değertekin “bu iki dərman vasitəsiylə həm xəstəliyin səbəb olduğu  iqtisadi yükün ortadan qalxacağını həm də orta dərəcəli xəstələrdə 95 faizə yaxın müvəffəqiyyət əldə olunaçağını” ifadə edib.

Qeyd edək ki, Hepatit C əsasən qan və ya cinsi yolla keçir. Bütün dünyada 170-200 milyon insanın mübarizə apardığı önəmli bir sağlamlıq problemidir. Bu xəstələrin nizamlı olaraq həkim nəzarətində olmaları önəmlidir.

“Bu xəstəlikdən əziyyət çəkən insanlar ildə 2 dəfə qaraciyər funksiyasının vəziyyəti ilə bağlı müayinədən keçməli, içkidən uzaq durmalı, hər hansı bir səbəbə görə dərman atmaq məcburiyyətində qalan zaman həkimlə məsləhətləşməlidir. Bu addımlar səhhətlərini qorumaq baxımından lazımlı tədbirlərdir”deyə fikrini tamamlayıb.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!