"Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr edilən beynəlxalq konfransın Azərbaycanda keçirilməsinin rəmzi mənası var. Bu il müstəqil dövlətimizin ilk konstitusiyanın qəbul edilməsinin 30 illiyini qeyd edirik, bununla da Azərbaycanda bu il Konstitutiya və Suverenlik ili elan olunub.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş beynəlxalq konfransında deyib
Spiker bildirib ki, ötən əsrin sonlarında Azərbaycana qarşı silahlı təcavüz və daxili böhran dövlət müstəqilliyinin itirilməsi təhlükəsini yaratmışdı: "Belə bir məqamda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş konstitusiya xalqın suverenliyi, qanunun aililiyi və digər əsas amilləri əsas götürmüşdür. Bildiyiniz kimi, ölkəmizin beynəlxalq miqyasda tanınan ərazisinin 20 faizi 30 il işğal altında olmuşdur. 2020 ci ildə Vətən Müharibəsində, 2023-cü ilin antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi bərpa edildi".
Sahibə Qafarova qeyd edib ki, parlament diplomatiyası sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndirlməsində böyük rol oynaya bilər. O deyib ki, bu gün parlament diplomatiyası ən mühüm əlaqə vasitələrindən birinə çevrilib.