Modern.az

Məcburi köçkünlərə ev verilməsi şərtləri açıqlandı

Məcburi köçkünlərə ev verilməsi şərtləri açıqlandı

Təhsil

28 Mart 2014, 11:46

“Məcburi köçkünlərə evlərin verilməsi mövcud qanuunvericiliyə əsasən, ailə tərkibinin sayı nəzərə alınmaqla verilir”. Bunu Modern.az-a Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komissiayasının mətbuat xidmətinin rəhbəri Elçin Qədimov  məcburi köçkünlərə evlər verilərkən mənzillərin sayının necə seçilməsinə aydınlıq gətirərkən deyib:

“Bu proses püşkatma yolu ilə həyata keçirilir. Məcburi köçkünlərin ailə tərkibinin sayı 1-2 nəfərdirsə 1 otaqlı mənzil, 3-4 nəfərdirsə 2 otaqlı mənzil, 5-6 nəfərdirsə 3 otaqlı mənzil, 7 və 7-dən yuxarı olanlara 4 otaqlı mənzil verilir. Evlər məcburi köçkünlərə xüsusi yaradılmış komissiyanın iştirakı ilə püşkatma yolu ilə təqdim olunur. Hətta hansı binada, neçə nömrəli mənzildə yaşayacaları da  püşkatma ilə müəyyənləşir. Heç kimə özünün istədiyi ev verilə bilməz. Bir övladı olana 3, 3 övladı olana 2 otağın verilməsi kimi faktlar ola bilməz, çünki bu işə komissiya nəzarət edir”.

Gülşən Raufqızı  
Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır