Modern.az

“Azərbaycandakı türk vətəndaşlar seçkidə iştirak edə bilməyəcək”-AÇIQLAMA

“Azərbaycandakı türk vətəndaşlar seçkidə iştirak edə bilməyəcək”-AÇIQLAMA

28 Mart 2014, 11:47

Martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Bəs xaricdə, o cümlədən Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs verə biləcəkmi?

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyindən Modern.az-a verilən məlumata görə, xaricdə yaşayan Türkiyə vətəndaşlarının bələdiyyə seçkilərində səs verməsi üçün belə bir prosedur nəzərdə tutulmayıb. Bu prosedur yalnız parlament və prezident seçkilərinə şamil olunur. “Azərbaycanda olan Türkiyə vətəndaşları burda səs verə bilməyəcək. Əgər Türkiyə vətəndaşı Azərbaycanda oturma izni alıbsa belə, öz ölkələrinə getsələr də, orda səs verə bilməzlər. Oturma izni olmayanlar da ancaq Türkiyədə qeydiyyatda olduqları bölgədə səs verə bilərlər”, – deyə Türkiyə səfirliyindən verilən məlumatda bildirilib.  

 Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir