Modern.az

AZAL-ın “qara siyahı”sı - “Arzuolunmaz sərnişinlər”i...

AZAL-ın “qara siyahı”sı - “Arzuolunmaz sərnişinlər”i...

28 Mart 2014, 11:47

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) “qara siyahısı”na 30 nəfər düşüb. Bu barədə Modern.az-a AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib. Onun sözlərinə görə, siyahıya düşənlər Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna və Türkiyə dövlətlərinin vətəndaşlarıdır. Xidmət rəisi onu da bildirdi ki, ötən il bu siyahıda 82 nəfər var idi.

“Sərnişinlər əsasən siqaret çəkmək, mobil telefonla danışmaq, təhlükəsizlik kəmərini bağlamadıqlarına görə, “qara siyahı”ya düşüblər. Bu cür hallara qarşı təbliğat işlərinin aparılır və sərnişinlərə hər dəfə tövsiyələr olunur. Müxtəlif vaxtlarda sərnişinlərə siqaret çəkməməyi, mobil telefonlardan istifadə etməməyi, təhlükəsizlik kəmərlərini bağlamağı tövsiyə edirik. “Aerobus 320” təyyarələrimiz var ki, hava gəmisinin uçuş və eniş zamanı istisna olunmaqla mobil telefonla danışmağa icazə verilir. Amma elə təyyarələr var ki, onlarda telefonla danışmaq qadağan olunsa da danışırlar. Odur ki, həmin insanlar “qara siyahı”ya salınırlar. AZAL-ın “qara siyahısı”na düşən şəxslər Azərbaycan Hava Yollarının təyyarələrinə bilet satılmır”, – deyə Məhərrəm Səfərli bildirib.

Qeyd edək ki, adları siyahıya düşən şəxslər AZAL-ın reyslərilə uça bilməzlər. AZAL “Arzuolunmaz sərnişinlər” siyahısını ictimaiyyətə açıqlamır. Bu yalnız sərnişinlərin özünə elan olunur. Əsasən siyahıda azərbaycanlıların adları yer alır. Bununla yanaşı “qara siyahı”da adı olan xarici vətəndaşlarda az deyil. Bəzən tanınmış şəxslərdə bu siyahıya düşür. Bunlardan məlum olanı sabiq deputat, Daşkəsən rayonunun hazırkı icra başçısı Əhəd Abıyev bir dəfə “arzuolunmaz sərnişinlər” siyahısına salınıb.

Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?