Dövlət Komitəsi Avro-4-lə bağlı standarta dəyişiklik edib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, AZS 636-2012 “Yol nəqliyyatı. Ekoloji siniflər” dövlət standartına dəyişiklik təsdiq edilib. Dəyişikliyin tətbiq vaxtı 1 aprel 2014-cü il tarixdən müəyyən olunub. Əmrə əsasən avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu barədə cədvələ dəyişiklik edilib.
Xatırlatma üçün bildirək ki, “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə” Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli qərarına əsasən, aprelin 1-dən dövriyyəyə buraxılan avtonəqliyyat vasitələlərindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekoloji normaları tətbiq ediləcəkdir. 1 aprel 2014-cü il tarixindən Azərbaycan Respublikasına idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların Avro-4 ekoloji normalara uyğun olması əsas götürüləcək.
Avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu
Nəqliyyat vasitəsinin mənşə ölkəsi |
Nəqliyyat vasitələrinin buraxılış illəri | |||
Ekoloji siniflərə görə texniki reqlamentlərin tələblərinə uyğun gələn | ||||
2 | 3 | 4 | 5 | |
Avropa İttifaqına daxil olan ölkələr, benzin * |
1997 – 2000 |
2001 – 2004 |
2005-dən | 01.10.2009- dan |
Avropa İttifaqına daxil olan ölkələr, dizel |
1997 – 2001 |
2002 – 2004 |
2005-dən | 01.10.2009- dan |
ABŞ | 1996 – 2000 | 2001 – 2003 | 2004-dən |
khjhjhjhgddən jkddən |
Yaponiya | 1998 – 2004 | 2005 – 2010 | 2011-dən |
0 |
Çin | 2004 – 2007 | 2008-dən | 2011-dən | — |
Koreya | 2001 – 2002 | 2003 – 2005 | 2006-dan | — |
Ukrayna, M kateqoriyalı | 2006-dan | 2010-dan | 2014-dən | — |
Ukrayna, N kateqoriyalı | 2007-dən | 2010-dan | 2014-dən | — |
Belarusiya | 2006 – 2007 | 2008-dən | 2014-dən | — |
Özbəkistan | 2007 – 2009 | 2010-dan | 2012-dən | — |
Qazaxıstan | 2006 – 2011 | 2012-dən | 2014-dən | — |
Rusiya | 2006 – 2007 | 2008-dən | 2013-dən | 2014-dən |
Türkiyə | — | — | 2009-dan | — |
İran | 2009-dan | — | — | — |
Xatırladaq ki, Avropa İttifaqına Avstriya, Belçika, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Çex Respublikası, Bolqarıstan, Rumıniya, İsveç və Estoniya daxildir.
Modern.az