Modern.az

Nazir oğlu ABŞ-a qaçdı

Nazir oğlu ABŞ-a qaçdı

28 Mart 2014, 12:29

Kubanın daxili işlər naziri Abelardo Kolome İbarranın oğlu ( o, adada ən güclü adamlardan biri hesab olunur) ABŞ-a qaçaraq sığınacaq istəyib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Xoxue Kolome Vaskes ölkədən qaçışını Meksika vasitəsilə gerçəkləşdirib. Onun indi Mayamidə olduğu bildirilir. Sosial şəbəkələrdən birində Kolome Vaskesin Mayamidəki çimərliklərdən birində çəkilən fotosu da yerləşdirilib. Digər məlumata görə, bu, Kubadan qaçan yüksək vəzifəli məmurun ilk övladı deyil. Bundan əvvəl Kuba kəşfiyyatının keçmiş rəhbərinin və keçmiş yüksək vəzifəli diplomatın da oğlanları ABŞ-a qaçıblar.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!