Modern.az

Fəlakət zonasında ilanvurmalar

Fəlakət zonasında ilanvurmalar

Təhsil

2 İyun 2010, 18:03

Modern.az saytı xəbər verir ki, Kürqıragı rayonların sakinlərinin sözlərinə görə, su basmış kəndlərdə evlərin böyük əksəriyyəti dağılıb. Buna həmin kəndlərdən sel sularının hələ də çəkilməməsi səbəb olub. Bundan başqa, daşqına məruz qalan Kürqaırağı kəndlərdə selin özü ilə çoxlu ilanlar da gətirdiyi bildirilib. Sakinlər deyirlər ki, sel sularının azaldığı yaşayış məntəqələrində ziyanverici həşaratar da artıb. Saytımıza verilən məlumata görə, Sabirabad rayonunun sel basmış kəndlərində bəndatma işlərinə cəlb olunan əsgərlər və yerli sakinlər ilanlarla da mübarizə aparırlar. Hətta Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarında xidmət edən bir əsgəri ilan vurduğu və onun hospitala yerləşdirildiyi bildirilib.  

Bir müddət öncə aşıb-daşan Sarısu gölü isə hələ də kəndlərə axır. Saatlının deputatı Gülhüseyn Əhmədov da Sarısu gölünün kəndlərə axması faktını təsdiqləyib. O qeyd edib ki, Kürün səviyyəsi tam düşdükdən sonra Sarısu gölündən sızmalar dayanacaq.

Əldə etdiyimiz məlumata görə, daşqına məruz qalan kəndlərdə hazırda zərərçəkmişlərin siyahıyaalınması aparılır. Amma bu prosesin narazılıqla müşayiət olunduğu bildirilir. Belə ki, evləri cüzi zədə alan sakinləri zərərçəkmiş şəxs kimi qeydiyata almırlar.

Modern.az

  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR