Modern.az

Ağ Ev Türkiyədəki YouTube qadağasına ETİRAZ etdi

Ağ Ev Türkiyədəki YouTube qadağasına ETİRAZ etdi

Dünya

28 Mart 2014, 12:33


Türkiyədə YouTube video şəbəkəsinin bağlanmasına ABŞ reaksiya verib. Modern.az xəbər verir ki, məsələ ilə əlaqədar Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Laura Lukas “Cihan” xəbər agentliyinə açıqlama verib. Ağ Ev rəsmisi  Türkiyədə YouTUBE şəbəkəsinin bağlanmasını informasiyaya girişin məhdudlaşdırılması kimi dəyərləndirib. “Biz Türkiyə xalqının etirazlarını dəstəkləyirik”-deyə L. Lukas bildirib.

Qeyd edək ki,  Türkiyədə Twitter sosial şəbəkəsinə girişin bağlanmasının ardınca YouTube videoşəbəkəsinə də giriş  məhdudlaşıb.  Buna səbəb kimi yüksək rütbəli məmurların görüntüsü olan videoların YouTube-a yerləşdirilməsi göstərilir. 

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?