Modern.az

KTMT Moskvada TOPLANIR: Regional təhlükəsizlik müzakirə olunacaq

KTMT Moskvada TOPLANIR: Regional təhlükəsizlik müzakirə olunacaq

Aktual

28 Mart 2014, 13:09

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin xarici işlər nazirlərinin növbəti şura iclası Moskvada olacaq. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Dmitri Mironçik məlumat verib. O bildirib ki, görüş aprelin 3-də baş tutacaq.  XİN rəsmisinin sözlərinə görə, tədbirdə regional təhlükəsizlik məsələlərinin müzakirəsi gözlənilir. Bununla yanaşı, əvvəllər razılaşdırılan sənədlərin imzalanması da planlaşdırılır.  

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi 1992-ci il mayın 15-də Daşkənddə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistan tərəfindən imzalanıb. 1993-cü il sentyabrın 24-də Azərbaycan, sentyabrın 9-da Gürcüstan, dekabrın 31-də isə Belarus bu sazişi imzalayıb. Müqavilə 1994-cü il  aprelin 20-də qüvvəyə minib. Beş il üçün nəzərdə tutulan sazişin sonradan uzadılması nəzərdə tutulurdu. 1999-cu ildə Azərbaycan, Gürcüstan və Özbəkistan  KTMT-də daha beş il  qalmaqdan imtina edib və sazişi imzalamayıb.   2002-ci ildə Moskvada qurumun adı dəyişdirilərək, ona beynəlxalq status verilib. Qurum Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlandırılıb.   

 Aqşin Kərimov  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır