Modern.az

Obama kralla birləşib Rusiyanın neft bazarını çökdürmək istəyir

Obama kralla birləşib Rusiyanın neft bazarını çökdürmək istəyir

28 Mart 2014, 13:15

ABŞ prezidenti Barak Obama bu gün Səudiyyə Ərəbistanına rəsmi səfər edib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, Obamanın məqsədi Səudiyyə Ərəbistanını dünya bazarını təchiz etdiyi nefti artırmaqla bağlı razılığa gətirmək, beləliklə Rusiyanın iqtisadiyyatını dağıtmaqdır. Məlumatda qeyd edilir ki, Avropa Rusiya qazı və neftindən çox asılıdır. Buna görə bundan imtina etmək mümkün deyil. Vəziyyətdən çıxış yolu isə Səudiyyə Ərəbistanının neft və qaz təchizatını artırması ola bilər.

“Guardian” qəzetinin yazdığına görə, Qərb Putinin aqressiyasını dayandırmaq istəyirsə, iqtisadi faktorlardan istifadə etməlidir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 1980-ci illərin ortalarında bir dəfə bu cür “neft” çökdürməsini həyata keçirib. O vaxt SSRİ-nin Əfqanıstana soxulması bu ölkənin xoşuna gəlməyib. Ona görə bazara öz neftini buraxaraq onun qlobal qiymətini endirib. İndi də buna bənzərini həyata keçirə bilər: əgər neftin bir barrelinin qiyməti indiki 107 ABŞ dollarından 90 dollara düşərsə, bu Rusiyanın maliyyə-iqtisadiyyatı üçün ağır itki olacaq. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi