Modern.az

Yanukoviç Ukraynanı parçalamaq istəyir

Yanukoviç Ukraynanı parçalamaq istəyir

Təhsil

28 Mart 2014, 13:47


Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç öz müraciətində Ukraynanın parçalamağa və hər regionun ayrıca statusu ilə bağlı referendum keçirilməsinə çağırıb. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, ölkədən qaçan Yanukoviç müraciətində “qəlbən və düşüncələri ilə” ukraynalılarla bir yerdə olduğunu da qeyd edib: “Prezident kimi Ukraynanın ağıllı düşünən hər bir vətəndaşını fırıldaqçılara hər şeydən istifadəyə imkan verməyin! Ukraynanın hər regionunun statusu ilə bağlı referendum keçirilməsinin tələb edin”.

Keçmiş prezidentin bu müraciətini İTAR-TASS-ın yaydığı bildirilir.

Axtarışa verilən keçmiş prezidentin fikrincə, ümumUkrayna referendumu siyasi situasiyanı stabilləşdirəcək, ölkənin suverenliyini və bütövlüyünü qoruyacaq. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı