Modern.az

Xanımı xalq artisti Rafiq Hüseynovun səhhətindən danışdı

Xanımı xalq artisti Rafiq Hüseynovun səhhətindən danışdı

28 Mart 2014, 14:02

“Artıq Rafiq Hüseynovun səsində problem yoxdu”. Bunu Modern.az-a açıqlamasında xalq artistinin həyat yoldaşı Səbinə Hüseynli deyib.

“Əməliyyatdan sonra Rafiq müəllimin əsas narahatlığı səsinin açılmaması idi. Çox şükür bu gün səsində olan problem aradan qalxıb. Deyə bilərəm ki, vəziyyəti yaxşılığa doğru dəyişir. Tez-tez Türkiyəyə gedib-gəlirik. Artıq 3 kimya-terapeya aparılıb. Yalnız bir kimya-terapeya qalıb”-deyə Səbinə Hüseynli vurğulayıb.

Qeyd edək ki, xalq artisti, tanınmış diktor Rafiq Hüseynov bir neçə ay bundan əvvəl ağ ciyər xərçəngindən Türkiyədə əməliyyat olunub.

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir