Modern.az

Cəbhə bölgəsində milli təhlükəsizlik orqanlarının 95 illiyi qeyd olunub

Cəbhə bölgəsində milli təhlükəsizlik orqanlarının 95 illiyi qeyd olunub

28 Mart 2014, 14:10

Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin olunmasında  xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasından 95 il ötür. Bu münasibətlə Horadiz şəhərindəki Mədəniyyət Sarayında Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının yaranmasının 95 illiyi -  peşə bayramı ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri Horadiz şəhərindəki Heydər Əliyev abidəsini ziyarət ediblər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbiri açaraq milli təhlükəsizlik orqanı əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Alı Alıyev çıxışında  Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranma tarixi, inkişaf mərhələləri və 95 il ərzində keçdiyi şərəfli yola nəzər salıb. Bildirib ki, milli təhlükəsizlik sistemində milliləşmə prosesinin əsasının qoyulması və onun təhlükəsizliyin etibarlı təminatçısı kimi formalaşması, Milli Təhlükəsizlik Nazirliyi işçilərinin peşə bayramının təsis edilməsi məhz görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.

İcra başçıs qeyd edib ki, ölkəmizin müstəqilliyinin əleyhinə yönələn  qəsdlərin qarşısının alınmasında milli təhlükəsizlik orqanları daim yüksək sayıqlıq və peşəkarlıq göstəriblər.

Milli Təhlükəsizlik Nazirliyi Füzuli rayon şöbəsinin rəisi Əli İsgəndərov tədbirdə məruzə ilə çıxış edib. O, milli təhlükəsizlik orqanlarının apardığı əməliyyat tədbirləri nəticəsində ölkəmizə və milli mənafemizə qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin aşkarlanması istiqamətində görülən səmərəli işlərdən danışıb, təhlükəsizlik orqanlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, nazirliyin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, əməkdaşların xidməti iş şəraiti və sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri vurğulayıb.

Tədbirdə xidmətdə fərqlənən bir qrup əməkdaşa Füzuli rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları, qiymətli hədiyyələr təqdim olunub.

Sonda Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95 illiyinə həsr olunmuş film nümayiş etdirilib.






Modern.az
 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir