Qısa müddətdə ədəbiyyat müstəvisində nüfuz qazanan və yeni “Ərmən-Şuşanikin sevgisi” kitabı dərc olunan yazıçı-jurnalist Mahir Qabiloğlu ermənilərin də marağını cəlb edib. Belə ki, yazıçının “Ərmən-Şuşanikin sevgisi” hekayəsi Modern.az saytında yerləşdirildikdən sonra Ermənistanın www.azerichild.info saytı bizə istinad edərək yazını tərcümə edib və yayıb.
Onu da xatırladaq ki, hekayədə erməni qadınlarının hiyləgərliyi bədii şəkildə təsvir olunub. Qəribədir ki, ermənilər məhz bu hekayəyə maraq göstəriblər, erməni və rus dilinə çevirərək dərc ediblər.
Bununla bağlı Mahir Qabiloğludan məsələyə münasibətini öyrəndik:
- Mənim üçün də gözlənilməz oldu. Görünür hədəfdən düz vurmuşuq deyə, götürüb tərcümə ediblər.
Hekayənin dərc olunduğu saytın linki - //azerichild.info/literature_30.html
Modern.az