Modern.az

Sabiq mətbuat katibi Penitensiar Xidmətə şöbə rəisi aparılır?

Sabiq mətbuat katibi Penitensiar Xidmətə şöbə rəisi aparılır?

28 Mart 2014, 15:22

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin rəisi Mədət Quliyevin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovu tutduğu vəzifədən azad edərək başqa bir şöbəyə keçirdi. İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinin uzun müddət boş qalmayacağı bildirilir. "Veteninfo.az"ın yaydığı məlumata görə, Mədət Quliyev Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq midiri İlham Məmmədovu gətirir.

İlham Məmmədov isə Modern.az-a bildirib ki, bu barədə xəbərsizdir.

“Məndə elə bir məlumat yoxdur. Düzdür, bir yerdən iş təklifi gözləyirəm. Amma Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə aparılmağım barədə yayılan xəbərlərdən məlumatsızam”-deyə İlham Məmmədov bildirib.

Qeyd edək ki, İ.Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki vəzifəsindən azad ediləndən sonra hazırda işsizdir.

 


Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?